RU

Bakı aeroportuna gələn taksilərlə bağlı məsələyə dair AÇIQLAMA

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas məqsədlərindən birisərnişinlərə yüksək səviyyəli xidmət göstərmək və onlarınrahatlığını təmin etməkdir. Bir çox ölkələrdə olduğu kimi, havalimanı da ölkəyə daxil olan qonaqlarda ilk təəssürat yaradan əsasməkandır.

Trend xəbərverir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun yaydığıməlumatda deyilir.

"Lakin bəzən qonaqlar hava limanında rəsmi taksi operatorlarınıntəqdim etdiyi müxtəlif kateqoriyalara uyğun seçim imkanları iləyanaşı, heç bir icazəsi olmayan, müvafiq təlim keçməyən vənəqliyyat vasitələri tələb olunan standartlara cavab verməyənşəxslərin israrlı şəkildə taksi xidməti təklif etməsi iləqarşılaşırlar. Bu isə bəzi hallarda sərnişinlərin aldadılması vənarazılıqları ilə nəticələnir.

Təəssüf ki, hələ də oxşar hallarla rastlaşırıq.

Hava limanı ərazisində nizamsız və vahid sisteməuyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsi həm işgüzarnüfuzumuza mənfi təsir göstərir, həm də sərnişinlərintəhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu kimi xoşagəlməzhalların qarşısını almaq məqsədilə hava limanında fəaliyyətgöstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmişxidmət standartlarına uyğun xidmət təqdim etməsi zəruridir.

Bu tələblər şəxsi nəqliyyat vasitələri ilə hava limanına edilənsəfərlərə şamil edilmir.

Bütün rəsmi taksi operatorlarını xidmət keyfiyyətini artırmağavə sərnişin məmnuniyyətini təmin etməyə çağırırıq", - məlumatdadeyilir.

Избранный
54
49
az.trend.az

10Источники