RU

Daxili qoşunların fəaliyyətinin əsas prinsip və istiqamətləri müəyyənləşdirilir

Bakı. Trend:

Daxili qoşunların fəaliyyətinin əsas prinsiplərimüəyyənləşdiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik vəkorrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəolunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanunlayihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunların fəaliyyətinin əsasprinsipləri aşağıdakılar olacaq:

  • qanunun aliliyi, humanizm, qanun qarşısında bərabərlik, insanvə onun konstitusion hüquq və azadlıqlarına hörmət;
  • vahid və mərkəzləşdirilmiş rəhbərlik;
  • daxili qoşunların hərbi quruculuq tədbirlərinə və fəaliyyətinənəzarət;
  • beynəlxalq hərbi quruculuq təcrübəsindən səmərəliistifadə;
  • döyüşə və səfərbərliyə daimi hazırlıq;
  • döyüş potensialının müasir hərbi elmin və texnikanın ən yeninailiyyətləri səviyyəsində saxlanılması, texniki bazanın daimayenilənməsi;
  • dövlət sirrinin qorunması;
  • hərbi intizamın möhkəmləndirilməsi;
  • şəxsi heyətdə Azərbaycan Respublikası, Azərbaycan xalqı, hərbianda sədaqət hissin, öz Vətəninin tarixi və ənənələrinə dərinməhəbbət, Vətənin müdafiəsi naminə yüksək şəxsi məsuliyyətinformalaşdırılması;
  • daxili qoşunlarda siyasi partiyalar, qeyri-hökumət təşkilatlarıvə dini qurumların yaradılması və fəaliyyətinin qadağanedilməsi;
  • gənclərdə hərbi xidmətə marağın yüksəldilməsi.

Bununla yanaşı, daxili qoşunların fəaliyyət istiqamətləriaşağıdakılar olacaq:

  • konstitusiya quruluşu, suverenlik, ictimai qaydanın qorunmasıvə ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək;
  • terrorçuluğa və dini ekstremizmə qarşı mübarizədə iştiraketmək;
  • fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin edilməsi,fövqəladə vəziyyət, habelə sosial xarakterli fövqəladə mühitrejiminin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradanqaldırılmasında iştirak etmək;
  • Azərbaycan Respublikası ərazisinin müdafiəsində iştiraketmək;
  • Yuxarıda nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olaraqaidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mühafizə olunanobyektlərin mühafizəsində iştirak etmək.
Избранный
91
2
az.trend.az

3Источники