RU

Azərbaycanın gücü öz suverenliyinin və sərhədlərin toxunulmazlığının təminatı üçün istiqamətləndirilib

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycanın Silahlı Qüvvələrinin gündən günə güclənməsində və artmasında bilavasitə təşəbbüslər göstərir. Cənab Prezidentin dediyi kimi, bugünkü geosiyasi proseslərdə ancaq öz gücünə inanan dövlət öz maraqlarını və suveren hüquqlarını qoruya bilər. Digər tərəfdən, Azərbaycan Türkiyə ilə olan münasibətlər, Pakistanla münasibətlər Çinlə olan münasibətlər strateji müttəfiq səviyyəsinə qalxır. Azərbaycanın strateji müttəfiqlərinin sayı hər keçən gün artır”.

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert qeyd edib ki, bunu da Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə möhkəmləndirilməsi və Azərbaycanın maraqlarının qorunmasında əsas potensial kimi qəbul etmək lazımdır.

Şair Ramaldanov

“Azərbaycandan keçən Orta dəhliz və Zəngəzur dəhlizi kimi qəbul olunan ifadə öz əksini reallıqda tapacaq. Bu prosesə heçkim maneə ola bilməyəcək. Hansısa vəziyyətin gərgin olmasına ciddi bir səbəblərin olduğunu düşünmürəm. Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra, masada bu məsələnin həlli yolu tapılandan sonra düşünürəm ki, digər məsələlər də artıq müəyyən bir şəkildə daha müsbət dinamika ilə inkişaf edəcək. Azərbaycanın gücü bu regionda sabitliyin və təhlükəsizliyi qorumağa yönəlib. Azərbaycanın gücü öz maraqlarının müdafiəsinə yönəlib. Azərbaycanın gücü bu gün öz suverenliyini və sərhədlərin toxunulmazlığının təminatı üçün istiqamətləndirilib”-deyə Şair Ramaldanov bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
58
bizimyol.info

1Источники