Bakı. Trend:
Daxili qoşunların hərbi qulluqçuları tərəfindən şəxslərinsaxlanılması qaydaları müəyyənləşdirilir.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik vəkorrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəolunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanunlayihəsində öz əksini tapıb.
Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçularınınaşağıdakı şəxsləri saxlamaq hüququ olacaq:
- inzibati xəta və ya cinayət törətmiş və ya törətməkdə şübhəlibilinən, yaxud barəsində həbs qətimkan tədbiri seçilmişşəxsləri;
- axtarışda olan və ya cəzaçəkmə müəssisəsindən qaçmışşəxsləri;
- fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladəmühit rejimini, habelə dini ekstremizm və terror əleyhinə aparılanxüsusi əməliyyat zonalarının hüquqi rejimini pozmuş şəxsləri;
- daxili qoşunlar tərəfindən mühafizə olunan obyektlərə qanunsuzdaxil olmağa cəhd edən və ya daxil olmuş şəxsləri.
Saxlanılan şəxslərə dərhal saxlanmanın səbəbləri bildirilməli vəhüquqları izah edilməlidir.
Saxlanılan şəxslər dərhal ən yaxın polis orqanına təhvilverilməlidir.
Tibbi zərurət olduğu halda saxlanılan şəxsə ilk tibbi yardımgöstərilməlidir.