RU

Daxili qoşunların fiziki qüvvə, xüsusi vasitələr, odlu silah və döyüş texnikasından istifadə şərtləri müəyyənləşdirilir

Bakı. Trend:

Daxili qoşunların hərbi qulluqçuları tərəfindən fiziki qüvvənin,xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusitexnikanın tətbiqi şərtləri müəyyənləşdiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik vəkorrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəolunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanunlayihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçuları fizikiqüvvəni, xüsusi vasitələri, odlu silahı, döyüş texnikasını vəxüsusi texnikanı tətbiq etməzdən əvvəl hüquq pozuntusunun aradanqaldırılması tələbinin yerinə yetirilməsi üçün vaxt verməklə bubarədə xəbərdarlıq edəcəklər (odlu silahın xəbərdarlıq edilmədəntətbiq olunduğu, habelə insanların həyatı və sağlamlığı üçünbilavasitə təhlükə yaratdığı və ya bu cür xəbərdarlığın gec vəqeyri-mümkün olduğu hallar istisna olmaqla).

Daxili qoşunların hərbi qulluqçuları fiziki qüvvəni, xüsusivasitələri, odlu silahı, döyüş texnikasını və xüsusi texnikanıtətbiq etdikdə tibbi zərurət olduqda bilavasitə rəisiniməlumatlandırmaqla zərərçəkənlərə ilk tibbi yardımgöstərəcəklər.

Daxili qoşunların hərbi hissə komandirləri və ya rəisləri fizikiqüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının vəxüsusi texnikanın tətbiqi nəticəsində alınmış xəsarət (yaralanma,travma və kontuziya) və ya ölüm halı barədə dərhal müvafiqprokurora məlumat verəcəklər.

Fiziki qüvvə, xüsusi vasitələr, odlu silah, döyüş texnikası vəxüsusi texnika yalnız son zərurət və ya zəruri müdafiəvəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazıminəticə vermədikdə hüquq pozuntusunun ağırlıq dərəcəsindən asılıolaraq tətbiq ediləcək. Bu zaman daxili qoşunların hərbiqulluqçuları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlusilahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi yaranmıştəhlükəyə mütənasib olmalıdır.

Daxili qoşunların hərbi qulluqçuları tərəfindən özsəlahiyyətlərini aşaraq fiziki qüvvənin, xüsusi vasitələrin, odlusilahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqiqadağandır.

Избранный
48
az.trend.az

1Источники