
Azərbaycan Kubokunda 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Reyting.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, mərasim sentyabrın 17-də tarixində "Holiday INN" otelində baş tutacaq
Saat 15:00-da başlanacaq tədbirə PFL-in cari mövsüm üçün akkreditasiyaqeydiyyatından keçmiş media nümayəndələri dəvətlidir.
Qeyd edək ki, Azərbaycan Kubokunun 2025/2026 mövsümündə 34 komanda iştirak edəcək.