RU

Evli olarkən alınan əmlak miras sayılırmı, yoxsa ortaq mülkdür?

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Evli olarkən alınan mülklərin hamısı ortaq mülkdür. Ancaq burada da bəzi mübahisəli məqamlar var.

Məsələn, ər-arvad nikah zamanı mülk alıb. Tərəflərdən biri-ər vəfat edərsə, mənzil miras olaraq bölünür, ya birgə mülkiyyət sayılır?

Gununsesi.info -ya bu barədə hüquqşünas Rəşad Səfərov danışıb.

O deyib:

“Nikah dövründə alınan əmlak, birgə ailə mülkiyyəti hesab olunur. Mülk, məsələn, ərin adına rəsmiləşdirilsə də, qadının da payı var. Onun vərəsəliyə düşən hissəsi ərə məxsus paydır. Qalan hissə qadının öz payı olur və mirasa daxil deyil. Əgər 50%-i sizin sayılırsa, qalan 50%-i miras olaraq uşaqlar və digər varislər arasında bölünür”.

Afət

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
93
1
icma.az

2Источники