Nigeriya yığmasının Ruanda ilə matçında zədələnən Viktor Osimhenin durumu məlum olub.
Offsideplus.az xəbər verir ki, onun topuq bağlarında orta dərəcədə gərginlik və qanaxma aşkar edilib.
Bu barədə "Qalatasaray"ın mətbuat xidməti məlumat yayıb.
Osimhen bu zədəyə görə 1-2 həftə meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "sarı-qırmızılar" bu yay 75 milyon avro ödəyərək nigeriyalı hücumçunu "Napoli"dən transfer edib. O, cari mövsüm 3 oyunda 2 qol vurmağı bacarıb.