RU

“Qiyamət radiosu” efirə çıxdı: Bu mesajları yaydı

"Qiyamət radiosu" kimi tanınan UVB-76 radiostansiyası yenidən efirə çıxıb və iki yeni mesaj yayımlayıb.

Publika.az xəbər verir ki, stansiyanın fəaliyyətini izləyən "UVB-76 Logi" Telegram kanalının məlumatına görə, mesajlarda “otel” və “tövlə” sözləri olub. Radiostansiya onları sentyabrın 8-də axşam yayımlayıb.

Bazar ertəsi günortadan sonra UVB-76-da "Dymoscalp" kod sözü eşidildi. Bu, BRİKS-in qeyri-adi onlayn sammiti fonunda baş verib.

Avqustun 28-də UVB-76 bir gündə 19 mesajla rekord vurdu. Radiostansiya 18 şifrəli mesajla efirə çıxdı və avqustun 27-də “nitromops” sözünü ötürdü.

Избранный
48
2
publika.az

3Источники