RU

İsrail Hümsə hücum etdi

İsrail Hərbi Hava Qüvvələri Suriyanın mərkəzində yerləşən Hüms şəhəri istiqamətində hücuma keçib.

Publika.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

"İsrailin döyüş təyyarələri Hüms şəhəri yaxınlığında hava hücumu həyata keçirib", - məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağının əhalisini şəhəri tərk etməyə çağırıb və güclü quru əməliyyatı elan edib.

Избранный
45
4
publika.az

10Источники