RU

Sumqayıtda avtoxuliqanlıq edib sosial şəbəkələrdə yayan şəxslər həbs olundu (FOTO/VİDEO)

Bakı. Trend:

Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarıtərəfindən ictimai asayişi nümayişkəranə şəkildə pozaraqavtoxuliqanlıq hərəkətləri edən şəxslər saxlanılıblar.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, profilaktik tədbirlər zamanı müəyyən olunan şəhərsakinləri - 27 yaşlı Orxan Məmmədov və həmyaşıdı Nahid Aslanovavtomobil idarə edən zaman piyada, eləcə də, digər yol hərəkətiiştirakçılarının həyatına ciddi təhlükə yaratdıqları və bunu sosialşəbəkələrdə paylaşdıqları üçün Polis Şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində protokollar tərtib olunub və toplanmışmateriallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarına əsasənO.Məmmədov 20, N.Aslanov isə 10 gün müddətinə inzibati qaydada həbsolunub.

Sumqayıtda
Sumqayıtda
Избранный
47
45
az.trend.az

10Источники