RU

Rusiyada HIV ilə yoluxma pik səviyyədədir

Yazını böyüt
Yazını kiçilt

Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə HIV-ə yoluxma səviyyəsi ən yüksək Çukotka Muxtar Dairəsində qeydə alınıb - hər 100 min nəfərə 79,1 yeni yoluxma faktı. Təxminən 50 min əhalisi olan Çukotka ölkədə birinci yeri tutur. İrkutsk vilayəti (75,7 hal) və Samara bölgəsi (73,7 hal) ikinci və üçüncü yerdə qərarlaşıb. Ən aşağı göstəricilər Moskva (11,3), İnquşetiya (8,2) və Çeçenistanda (4,9) qeydə alınıb.

Hafta.az-ın Rospotrebnadzor-a istinadən yazdığına görə, 2024-cü ilə kimi ölkədə 1,2 milyondan çox insana HIV diaqnozu qoyulub. Keçən il təxminən 52 min yeni hal aşkar edilib, 33 mindən çox xəstə ölüb. Monitorinq başlayandan bəri ümumilikdə 1,7 milyon hadisə qeydə alınıb ki, bunların üçdə biri ölümlə nəticələnib. Səlahiyyətlilər hər il təxminən 60 min yeni infeksiyanın, əsasən də heteroseksual təmas nəticəsində olduğunu bildirir. Mütəxəssislər qeyri-adekvat müayinə və müalicənin HIV-lə mübarizədə əsas problemlərdən olduğunu deyirlər. 2023-cü ildə Səhiyyə Nazirliyi diaqnostik testlər üçün ayrılan büdcəni 4 milyard rubldan 2,88 milyard rubla qədər azaldıb. 2024-cü il üçün rəsmi xərcləmə məlumatları hələ açıqlanmayıb.

Избранный
75
hafta.az

1Источники