RU

Vaşinqtonda imzalanan sənədlər Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açır – Vüqar Bayramov

Bakı. Trend:

Vaşinqtonda imzalanan sənədlər Azərbaycan-ABŞ əlaqələri üçünböyük perspektivlər açır. Siyasi və strateji əməkdaşlıq ilə yanaşı,Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxilolduğu regional bağlantılar və süni intelekt və rəqəmsalinfrasturukturun da daxil olduğu iqtisadi sərmayə istiqamətində dəinkişaf etdiriləcək.

Trend xəbərverir ki, Milli Məclisin deputatı Vüqar Bayramov parlamentinnövbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqtonrazılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyintəntənəsi” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, enerji sahəsində əməkdaşlıq ABŞmütəffiqlərinin Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyinidaha da gücləndirməsinə imkan yaradacaq. 14 ölkəyə mavi qaz nəqledən Azərbaycan ABŞ-ın Avropadakı tərəfdaşlarının enerjitəhlükəsizliyinin güclənməsinə xüsusi töhvə verir:

“ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çoxtexnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq. BuAzərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərinreallaşmasına dəstək olacaq. Bu kontekstdən, ABŞ-Azərbaycanstrateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizəgəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir”.

Millət vəkili xatırladıb ki, Böyük Zəfərdən keçən müddətdəQarabağ və Şərqi Zəngəzurun bərpasına 22 milyard manat vəsaitayrılıb.

“Azərbaycan işğaldan azad olunan ərazilərimizi öz daxili maliyyəresurslarına bərpa edir və yenidən qurur. Yalnız 2025-ci ilindövlət büdcəsindən Qarabağın bərpasına 4 milyard manata yaxınvəsaitin ayrılması nəzərdə tutulur. 2026-cı ilin sonunadək həminərazilərimizdə 140 min vətəndaşımız məskunlaşacaq.

Azərbaycan 134 milyard dollarlıq ÜDM-ə malik olan Cənubi Qafqaziqtisadiyyatını 60 faizə yaxınını formalaşdırır. Prezident İlhamƏliyevin rəhbərliyi ölkəmizin iqtisadi gücü daha artmaqdadır.Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, xarici valyutaehtiyatları ÜDM-nin həcmini üstələyir. Bu Azərbaycan üçün iqtisaditəhlükəsizlik yastığının formalaşdığından xəbər verir. 78 milyarddollarlıq xarici valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfəüstəliyir. Bu məhz Azərbaycanın əldə etdiyi iqtisadi uğurlarıntəzahürüdür”, - deyə V.Bayramov qeyd edib.

Избранный
42
2
az.trend.az

3Источники