BAKI, 9 sentyabr. TELEQRAF
“Ermənistan və Azərbaycan arasında sülh prosesi ilə bağlı beynəlxalq tərəfdaşlardan alınan siqnallar və cavablar kifayət qədər müsbətdir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan parlamentdə çıxışı zamanı deyib.
“Amma gələcək hadisələrlə bağlı qeyri-müəyyənlik də var”, - Qalstyan əlavə edib.
Mərkəzi Bankın rəhbəri qeyd edib ki, sülh sazişi imzalanarsa, Ermənistan mövcud riskləri əhəmiyyətli dərəcədə azalda və xarici investisiyaların əhəmiyyətli axınını təmin edə bilər.