RU

Prezident İlham Əliyev regional infrastruktur və təhlükəsizlik məsələlərində ABŞ ilə strateji tərəfdaşlığı gücləndirdi – Kamran Bayramov

Bakı. Trend:

Prezident İlham Əliyev qələbədən sonra Cənubi Qafqaz regionundauzunmüddətli sülhün bərqərar olunması kursunu müəyyənləşdirdi vəaçıq-aydın göstərdi ki, davamlı sülh yalnız beynəlxalq hüquqnormaları, suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasıəsasında mümkündür.

Trend xəbərverir ki, Milli Məclisin deputatı Kamran Bayramov parlamentinnövbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqtonrazılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyintəntənəsi” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, lakin növbəti beş ildə Azərbaycan yenigeosiyasi reallıqla barışmaq istəməyən bəzi dövlətlərin vəqüvvələrin açıq qərəzli münasibəti ilə üzləşdi:

“Rəsmi Bakının müxtəlif danışıqlar formatlarına və çoxsaylıvasitəçilərin iştirakına razılıq verməsinə baxmayaraq, faktikiolaraq heç bir nəticə əldə olunmadı. Brüssel, Kazan, Praqa və digəryerlərdə keçirilən görüşlər də, demək olar ki, nəticəsiz qaldı. Vəyalnız Prezident İlham Əliyevin təşəbbüsü ilə danışıqlarınikitərəfli formata keçidindən sonra sülh prosesində irəliləyişgöründü. Əbu-Dabidəki görüş də buna sübut oldu”.

Millət vəkili vurğulayıb ki, bu il avqustun 8-də VaşinqtondaCənubi Qafqaz üçün dönüş nöqtəsi kimi tarixə düşmüş hadisə başverdi:

“Vaşinqton razılaşmaları yekun sülh müqaviləsinin imzalanmasına,regionumuzun hərtərəfli inkişafına yol açdı. Azərbaycan üçün bu,qələbənin nəticələrinin təsdiqlənməsi, yeni nəqliyyat yollarınınaçılması, sərmayə axını və artıq iqtisadi yüksəliş mərkəzinəçevrilən işğaldan azad edilmiş ərazilərin daha da inkişafetdirilməsi deməkdir. Ermənistan isə uzunsürən təcriddən çıxmaq,beynəlxalq sərmayələri cəlb etmək, hərbi xərcləri azaltmaq,resursları iqtisadiyyatın və sosial sahənin inkişafına yönəltməkimkanını qazandı.

Prezident İlham Əliyev üçün bu taleyüklü sənədlərin Vaşinqtondaimzalanması sadəcə diplomatik qələbə deyil, onun ən çətindanışıqları aparmaq, minimal güzəştlərlə ölkə üçün maksimum faydaəldə etmək, bir neçə aparıcı qlobal güc mərkəzi ilə eyni vaxtdaişgüzar əlaqələr qurmaq bacarığının təsdiqi idi. Bir tərəfdən,Prezident İlham Əliyev regional infrastruktur və təhlükəsizlikməsələlərində rəsmi Vaşinqtonun dəstəyini alaraq Amerika BirləşmişŞtatları ilə strateji tərəfdaşlığı gücləndirdi, digər tərəfdən,bunu regional oyunçularla münasibətləri pozmadan bacardı, halbuki,Vaşinqton razılaşmaları Cənubi Qafqazda həmin qüvvələrin regionatəsirini əhəmiyyətli dərəcədə azaltdı”.

Избранный
66
1
az.trend.az

2Источники