RU

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inşasında Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə ümid edirik - Çinli qubernator

Bakı. Trend:

Qədim İpək Yolu boyunca əsas mərkəz olan Azərbaycan "Birkəmər,bir yol" təşəbbüsünün sadiq dəstəkçisi və fəaliştirakçısıdır.

Trend xəbərverir ki, bunu Çinin Çjetszyan Əyalət Xalq Hökumətininvitse-qubernatoru və Partiya Qrupunun üzvü Ke Jixin Avropa DəmiryolEkspres marşrutunun 5 illiyi və Trans-Xəzər Beynəlxalq NəqliyyatMarşrutundan keçən 237-ci qatarın (Yivu – Bakı) qarşılanmamərasimində deyib.

O bildirib ki, qədim dövrlərdən bu günə qədər Bakı Limanınınticarət gəmiləri, İpək Yolunun dəvə zəngləri Çin və Azərbaycanxalqları arasında qarşılıqlı mübadilə və öyrənmə nəticəsindəyaranan dərin dostluğun şahidi olublar: "Bir kəmər, bir yol"təşəbbüsünün və Azərbaycanın İpək Yolunun dirçəlişi strategiyasınındərindən inteqrasiyası ilə Azərbaycanın Avrasiya qitəsi iləbirləşdirən yol kəsişməsi kimi yerləşmə üstünlükləri getdikcə dahaqabarıq görünür.

Çin-Avropa Dəmiryolu Ekspresi "Bir kəmər, bir yol" təşəbbüsününbirgə tikintisində əlamətdar nailiyyətidir. Son 10 ildə Çjetszyanəyaləti ona böyük əhəmiyyət verib və fəal şəkildə təbliğ edib. BizAvropa, Mərkəzi Asiya və digər istiqamətlərə 24 müntəzəm marşutaçmışıq. Ümumilikdə bu marşrutlar üzrə 14 mindən çox qatar hərəkətedir.

Daşınan malların kateqoriyaları Avrasiya qitəsinin 50-dən çoxölkəsini, 160 şəhərini birləşdirən orjinal elektron məhsullar,mexaniki hissələrdən tutmuş yeni enerji avadanlığı, kəndtəsərrüfatı məhsulları və transsərhəd elektron ticarət məhsullarıda daxil olmaqla 26 əsas kateqoriyada 50 mindən çox məhsula qədərgenişlənmişdir".

Vitse-qubernator vurğulayıb ki, Azərbaycan Trans-XəzərBeynəlxalq marşrutunun əsas qovşağıdır: "Çin-Avropa yükqatarlarının səmərəliliyinin artırılması, yüklərin alınmasınıntəşkili və bazarların inkişafı sahəsində dərin əməkdaşlıq və birgəinkişaf yolu ilə bu, bizi Avropa bazarına bağlayan və beynəlxalqticarət yollarının inkişafına güclü dəstək verən əvəzsiz körpüyəçevrildi.

Biz daha səmərəli kanal şəbəkəsi quracağıq. Bu tədbirdən ümidedirik ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inşasındaAzərbaycanla əməkdaşlığı daha da dərinləşdirək, Çin–Avropa yükqatarının infrastruktur və nəqliyyat təşkilini, həmçinin sənayeəməkdaşlığını optimallaşdıraq, dəniz, quru və hava nəqliyyatı iləhərtərəfli əlaqəni təşviq edək və səmərəli, rəvan beynəlxalqlogistikanın birgə təşkili üçün bu fürsətdən istifadə edək".

"Biz birlikdə daha firavan ticarət ekosistemini inkişafetdirəcəyik. Azərbaycan enerji və kənd təsərrüfatı məhsullarınınəsas ixracatçısıdır. Çjetszyan isə rəqəmsal iqtisadiyyat, avadalıqistehsalı, transsərhəd elektron ticarətdə əhəmiyyətli üstünlüklərəmalikdir. Hər iki tərəfin bazar tələbləri bir-birini tamamlayır.Biz qatar xidməti ilə ticarət mübadiləsini daha da dərinləşdirmək,sənaye sərmayələrini təşviq etmək və birgə yeni iqtisadi artımsürücülərini yaratamaq üçün bir vasitə kimi istifadə etməyisəbrsizliklə gözləyirik", - deyə Ke Jixin qeyd edib.

Избранный
46
1
az.trend.az

2Источники