RU

Vitse-spiker Ziyafət Əsgərov: Bu sənəd Azərbaycanın diplomatik qələbəsinin göstəricisidir

BAKI, 9 sentyabr. TELEQRAF

"Prezident İlham Əliyevin ABŞ-yə səfəri olduqca əlamətdar bir hadisə idi".

Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin növbədənkənar sessiyasında vitse-spiker Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, ölkə başçısının ABŞ Prezidenti Donald Tramp barəsində səsləndirdiyi fikirlər Ağ Ev liderinin xüsusi rəğbəti ilə qarşılandı: “Sözsüz ki, Vaşinqtonda paraflanan 17 maddəlik sülh sənədi regionda uzun müddət davam etmiş münaqişə vəziyyətinin sona çatmasını xarakterizə edən mühüm sənəd idi. Bu sənəd Azərbaycanın diplomatik qələbəsinin göstəricisidir. Həmçinin illər boyu fəaliyyətsiz olan ATƏT-in Minsk Qrupunun tarixin arxivinə göndərilməsi təmin edildi”.
Ziyafət Əsgərov bildirib ki, Azərbaycanla onun ayrılmaz hissəsi olan Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsi tarixi uğurdur: “Eyni zamanda Azərbaycan-ABŞ münasibətlərinə yeni mərhələ başlayıb. İki ölkə arasında strateji tərəfdaşlıq mühüm əhəmiyyət kəsb edir”.

Избранный
66
1
teleqraf.com

2Источники