RU

Fransanın ilk prezidentinin nəvəsi həyat yoldaşı ilə Rusiyaya köçmək istəyir

Fransanın

Fransanın ilk prezidenti Şarl de Qollun nəvəsi və De Qoll Fondunun rəhbəri Pyer de Qoll həyat yoldaşı ilə birlikdə Rusiyaya köçmək istədiyini açıqlayıb. O, bu barədə Rusiya Dövlət Sosial Universitetinin (RDSU) tələbə və müəllimləri qarşısında çıxışı zamanı danışıb. Bu barədə TASS xəbər verir.“Mən və həyat yoldaşım Rusiyada yaşamaq istəyirik və düşünürəm ki, bu, fransız-rus dostluğunun parlaq bir simvolu olacaq. (...) Biz bütün dünyaya göstərəcəyik ki, biz dostuq və (Rusiya ilə Fransa) bir-birimizi anlayırıq,” — deyə Pyer de Qoll bildirib.Onun sözlərinə görə, hər iki ölkəni çoxşaxəli münasibətlər bağlayır. Bu əlaqələr mədəni və digər sahələrdə ortaq dəyərləri əhatə edir. De Qoll vurğulayıb ki, hansı şəraitdə olursa-olsun, bu münasibətləri davam etdirmək vacibdir.Ulusum.az

Diqqət Çəkənlər

Xalçanı bahalı kimyəvi vasitəsiz təmizləmək mümkündürmü?

İlham Əliyev AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Gəncədə tikinti faciəsi: evin uçması nəticəsində bir nəfər öldü

Избранный
10
ulusum.az

1Источники