RU

“Əzizimə son vəfa borcumu necə ödəyim?" - Yasda ehsan ləğv olunacaq, yoxsa...

Son vaxtlar kəndlər və rayonlarda yas yerlərində çay və halva istisna olmaqla, ehsan verilməsi kütləvi şəkildə ləğv olunur. Bu qaydadan sonra isə həmin ərazidə dünyasını dəyişən heç kimə ehsan verilmir. Lakin sözügedən addım çoxları tərəfindən müsbət qarşılanmır. İnsanlar bildirirlər ki, hüzür yerlərinə yemək üçün getməsələr belə, uzaq yoldan gələndə acırlar, yaxud bu səbəbdən iştirak etmirlər.

Hətta bəziləri deyir ki, yasa gedən şəxsləri nəzərə alaraq, ehsan verilib-verilməməsi ailənin şəxsi seçiminə buraxılmalıdır. Bölgədə ləğv olunub deyə, hər kəs bu qayda ilə getməməlidir. Bir tərəfdən israfçılığın qarşısı alınır, digər tərəfdən isə illərlə formalaşmış ənənələrin birdən-birə qadağan olunması suallar doğurur. İnsanlar indi həm də mənəvi tərəddüd yaşayır: “Əzizimə son vəfa borcumu necə ödəyim? Ənənəyə sadiq qalaraq ehsan verimmi, yoxsa yeni qaydaya boyun əyimmi?”

Mia.az-ın məlumatına görə, ilahiyyatçı Ağa Hacıbəyli məsələ ilə bağlı Lent.az-a açıqlamasında bildirib ki, İslam dinində yasda yemək verilməsi, ziyafət açılması ilə bağlı göstərişlər yoxdur:

Избранный
76
1
mia.az

6Источники