DÇ-2026-nın seçmə mərhələsində bu gün daha 9 oyun keçiriləcək.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığması Ukrayna ilə qarşılaşacaq. Bizim qrupun (D) digər matçında Fransa İslandiyanı qəbul edəcək.
Günün maraqlı matçlarından biri Macarıstanda baş tutacaq. Yerli komanda Portuqaliya ilə üz-üzə gələcək.
Serbiya və İngiltərə də Belqradda münasibətlərinə aydınlıq gətirəcək.
DÇ-2026, seçmə mərhələ
9 sentyabr
20:00 Azərbaycan - Ukrayna
20:00. Ermənistan - İrlandiya
22:45. Fransa - İslandiya
22:45. Macarıstan - Portuqaliya
22:45. Kipr - Rumıniya
22:45. Bosniya və Herseqovina - Avstriya
22:45. Serbiya - İngiltərə
22:45. Albaniya - Latviya
22:45. Norveç - Moldova