RU

İsrail ordusu Qəzzada "Sülh" adlı çoxmərtəbəli binanı vurdu

İsrail ordusu Qəzza şəhərində xərçəng xəstələri də daxil olmaqla yüzlərlə fələstinlinin yaşadığı böyük qaçqın düşərgələrinin yaxınlığında yerləşən "Sülh" adlı çoxmərtəbəli binanı dağıdıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, İsrail ordusunun təxliyə xəbərdarlığından az sonra döyüş təyyarələri Qəzzanın mərkəzində Ömər Muxtar küçəsində yerləşən binanı 3 raketlə hədəfə alıb.

İsrail ordusunun hədəfində olan binanın ətrafı köçkün fələstinlilərə məxsus çoxsaylı çadırlar və xərçəng xəstələrinin sığındığı böyük düşərgələrlə əhatə olunub.

Binanın bəzi fələstinli sakinləri İsrail ordusunun hədəfinə düşməmək üçün evlərini tərk edərək, bəziləri isə əşyalarını pəncərədən ataraq özlərini xilas etməyə çalışıblar.

Baş nazir Benyamin Netanyahu son iki gündə Qəzzada 50 binanın söküldüyünü elan edərək, qurudan hücumlara başlayacağı ilə hədələyib və sakinləri cənubdan qaçmağa çağırıb. İsrail ordusu son günlər Qəzza şəhərində çoxmərtəbəli binaları hava hücumları ilə dağıdıb.

Fələstin mənbələrinin məlumatına görə, bu binalara hücum nəticəsində bir neçə gün ərzində 4000-dən çox insan evsiz qalıb. 2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 64 552 fələstinli ölüb, 163 096 nəfər yaralanıb.

Tehran,

Sitat.info 

Избранный
56
4
sitat.info

10Источники