RU

Elxan Əzizov: “Dövlət Vergi Xidməti ilə bağlı müəyyən işlərin vaxt alması "AzInTelecom"un işləri icra etməməsi demək deyil”

Artıq hüquqi şəxslər də "SİMA" vasitəsilə internet vergi portalından qeydiyyatdan keçərək bütün fəaliyyətlərini icra edə biləcəklər.

 

Pravda.az xəbər verir  ki, bu sözləri "AzInTelecom" MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov "AzInTelefom-un rəqəmsal xidmətləri medianın gözü ilə" mövzusunda keçirilən tədbirdə məlumat verib.

 

"Bu gün Dövlət Vergi Xidməti ilə bağlı müəyyən işlərin vaxt alması "AzInTelecom"un işləri icra etməməsi demək deyil. Biz həlli vermişik. Xidmətin köhnə portalı böyük sistemdir və qurumla sıx işləyirik, sinxonrlaşma var. İnanırıq ki, Dövlət Vergi Xidməti qısa zamanda imkan yaradacaq və hüquqi şəxslər də rahat şəkildə "SİMA" vasitəsilə bütün işlərini icra edə biləcəklər", - sədr deyib.

 

Aytəkin Qardaşova

Tarix: 9 Sentyabr 2025, 10:36   
Избранный
22
pravda.az

1Источники