RU

El Salvador bitkoin ehtiyatlarını $700 milyona çatdırıb

El Salvador bitkoin ehtiyatlarını 700 milyon dollara çatdırıb. Belə ki, ölkə prezidenti Nayib Bukele 2025-ci il 7 sentyabrda bitkoinin qanuni ödəniş vasitəsi kimi qəbul edilməsinin dördüncü ildönümündə daha 21 BTC alındığını bildirib. Beləliklə, ölkənin ehtiyatları 6 313.18 BTC-yə yüksəlib ki, bu da hazırkı qiymətlərlə təxminən 701 milyon dollara bərabərdir.

2024-cü ilin mart ayından El Salvador hər gün 1 BTC almağa davam edir. Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, 2021-ci ildən bəri ölkənin bitkoinə ümumi investisiyası 300 milyon dollar təşkil edib, reallaşmamış mənfəət isə 400 milyon dollardan çoxdur.

Qeyd edək ki, El Salvador BVF qarşısında öhdəlik götürməsinə baxmayaraq, kriptovalyuta ehtiyatlarını artırmağa davam edir. Razılaşmaya əsasən, ölkə 1.4 milyard dollarlıq maliyyə qarşılığında bitkoin alışını dayandırmalı idi. Bukele öz növbəsində alışları dayandırmayacağını bəyan edib.

Избранный
64
banker.az

1Источники