İsrailin Suriyanın üç fərqli əyalətinə hava hücumu təşkil etdiyi bildirilib.
Turkustan.az xəbər verir ki, İsrailin Suriyanın Homs əyalətinə hava zərbələri endirib.
Əl-Cəzirə telekanalının məlumatına görə, hücumda hərbi təhsil müəssisəsi hədəf alınıb.
Bildirilib ki, Homsdan sonra İsrail də Latakiyanın şimalındakı kazarmalara və Palmira ətrafındakı ərazilərə hücum edib.
İsrail döyüş təyyarələrinin Dəməşq üzərində uçduğu da bildirilib.
Hücumlar nəticəsində dağıntı və tələfatla bağlı hələlik heç bir məlumat paylaşılmayıb.
Suriya Xarici İşlər Nazirliyi İsrailin hücumlarını kəskin şəkildə pisləyən bəyanat yayıb.
İsrailin hücumlarının Suriyanın suverenliyinin açıq şəkildə pozulması olduğu ifadə edilən bəyanatda, həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından (BMGK) İsrailin hücumlarını dayandırması tələb edilib.
Aytən Yaşar/ Turkustan.az