RU

Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
 
Bildirilib ki, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ilə Bülbül prospektinin kəsişməsində yeraltı ortatəzyiqli kəmərdə aşkar olunmuş sızmanın ləğv edilməsi ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
 
Təmir-bərpa işləri aparılan müddətdə S.Əsgərova, C.Məmmədquluzadə, Mərdanov qardaşları, S.Rüstəm, R.Behbudov küçələrinin və Bülbül prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Избранный
10
19
moderator.az

10Источники