Bakı. Trend:
Bu gün Abşeron Logistika Mərkəzində Trans-Xəzər BeynəlxalqNəqliyyat Marşrutu (TBNM) üzrə Çin (Çjetszyan) – Avropa DəmiryolEkspres marşrutunun 5 illiyi və Yivu (Çin) – Bakı (Azərbaycan)qatarının qarşılanmasına həsr edilmiş tədbir keçirilir.
Trend xəbərverir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmilərinin dəiştirak etdiyi tədbir çərçivəsində Çin (Çjetszyan) – AvropaDəmiryol Ekspres marşrutu üzrə Trans-Xəzər Beynəlxalq NəqliyyatMarşrutundan keçən sayca 237-ci blok-qatar qarşılanır.
TBNM üzrə Yivu–Bakı qatarı ilə gətirilmiş konteyner yüklərinAzərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsitəmin ediləcək.
Xəbər yenilənəcək