RU

3 il ərzində Azərbaycanda motosikllərin sayı 2 dəfədən çox artaraq 10 min ədədi keçib

2022-2024-cü illər ərzində (3 il ərzində) Azərbaycanda motosikllərin sayı 2 dəfədən çox artaraq 2024-cü ilin sonunda 11 min ədədə yaxınlaşıb. 2021-ci ilin sonunda Azərbaycanda 5 min 284 ədəd motosikl var idi.

Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə Azərbaycanda motosillərin sayı 2 min 90 ədəd artaraq 10 min 822 ədədə yüksəlib. 2023-cü ilin sonunda Azərbaycanda 8 min 732 ədəd motosikl mövcud idi.

Son illər Azərbaycanda çatdırılma xidmətinin inkişaf etməsi və insanların motosikllərə marağının yenidən artması sayın kəskin artmasına səbəb olub.

Azərbaycan motosikllərin sayı Dövlət Statistika Komitəsi 2022-2024 statistika nəqliyyat vasitələri motosikl artımı çatdırılma xidməti nəqliyyat tendensiyaları motosikllərə maraq 2021 motosikl statistikası 2023 motosikl sayı 2024 motosikl artımı
Избранный
63
marja.az

1Источники