RU

Lənkəranda küçələrin asfaltlanması davam edir

Nəqliyyat vasitələrinin hərəkətinin asanlaşdırılması, şəhərin ümumi estetik görünüşünün yaxşılaşdırılması, eləcə də yolun uzunömürlülüyünün təmin olunmasında mühüm rol oynayan asfaltlanma işlərinin aparılması Lənkəran Şəhər İcra Hakimiyyətinin xüsusi diqqətində olan məsələlərdəndir. 

Bu istiqamətdə cari ildə 8 küçənin asfaltlanması nəzərdə tutulub. Bunlar Kamil Kazımov, Vaqif küçəsi, dalan 1, H.Z.Tağıyev, Molla Baba Axund, Mirzə Məhəmmədhüseyn Axund, Koroğlu, Şəkər Aslan, Füzuli küçəsi, dalan 3-dür. Qeyd edək ki, artıq ilkin mərhələdə H.Z.Tağıyev, Kamil Kazımov və Molla Baba Axund küçələrində asfaltlanma işləri yekunlaşıb.

Bu günlərdə  daha 3 küçədə - Şəkər Aslan, Vaqif küçəsi dalan 1 və Füzuli küçəsi, dalan 3-də asfaltlanma işlərinə yekun vurulub. Qeyd edək ki, digər 2 küçədə də artıq asfaltlanmaya hazırlıq işlərinə başlanılıb.

Şəhər sakinləri küçələrin yüksək keyfiyyətlə asfaltlanması işlərini böyük məmnuniyyətlə qarşılayıb və buna görə minnətdarlıqlarını bildiriblər. 

S.CAVADOV,

"Azərbaycan"

Избранный
73
azerbaijan-news.az

1Источники