RU

Pentaqon rəhbərliyi Puerto Rikodadır

Pentaqon rəhbərliyi Puerto Rikoya səfər edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, səfər narkotik qaçaqmalçılığı ilə mübarizənin gücləndirilməsi məqsədilə Karib hövzəsində başladılan hərbi kampaniya çərçivəsində reallaşıb.

Puerto-Rikonun qubernatoru Cennifer Qonzales sentyabrın 8-də X hesabında ABŞ-ın müdafiə naziri Pit Heqset ilə görüşdüyünü yazıb. Puerto-Rikonun inzibati mərkəzi San-Xuanda baş tutan görüşdə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Danin də iştirak edib: “Biz Amerika Prezidenti Donald Trampa və onun administrasiyasına Puerto-Rikonun ABŞ-ın milli təhlükəsizliyində strateji rolunu etiraf etdiyinə, eləcə də yarımkürəmizdə narkotik kartellərinə qarşı mübarizəyə görə təşəkkür edirik”.

“The Washington Post” qəzetinin yazdığına görə, Pentaqon Tramp administrasiyasının Latın Amerikasındakı narkotik kartellərinə qarşı müharibə çərçivəsində Puerto-Rikoya müvəqqəti olaraq döyüş təyyarələri yerləşdirmək və adanın ərazisindən hərbi təyyarələrin uçuşları üçün istifadə etmək planlarını nəzərdən keçirir.

Musavat.com

Избранный
8
musavat.com

1Источники