RU

Maduro ABŞ Hərbi Dəniz Qüvvələrinin Karib dənizində yerləşdirilməsini Venesuelaya qarşı təcavüz adlandırıb

Venesuela Prezidenti Nikolas Maduro ABŞ hərbi-dəniz qüvvələrinin Karib dənizində yerləşdirilməsini Bolivar Respublikasına qarşı təcavüz aktı adlandırıb.

Operativ Media xəbər verir ki, o, bu fikirləri Maduro “Venezolana de Televisión” telekanalının “Maduro Plus” adlı proqramında səsləndirib.

Beynəlxalq xəbər agentliklərinin “Venesuela ilə ABŞ arasında gərginlik var” fikirlərinə münasibət bildirən dövlət başçısı vurğulayıb: “Düzgün ifadə gərginlik deyil, təcavüzdür”.

Prezident ABŞ-nin Venesuela sahillərinə 8 döyüş gəmisi, 1200 raket və bir nüvə sualtı qayığı yerləşdirdiyinə diqqət çəkərək bildirib: “Onların hədəfi titrəməli olan dinc insanlardır. Həqiqətən də, xalq titrəyir, lakin bu, qəzəbdən, millətçilikdən və vətənpərvərlikdən doğan titrəyişdir”.

Maduro əlavə edib ki, “xalq və Milli Bolivar Silahlı Qüvvələri (FANB) Venesuelanın ərazi bütövlüyünü, sülhünü və gələcəyini müdafiə edəcək”.

Избранный
123
operativmedia.az

1Источники