Apa.az saytına istinadən ain.az xəbər verir.
Meksika prezidenti Klaudiya Şeinbaum ABŞ-da "Hyundai Motor Group" zavodunun tikinti meydançasında keçirilən reyd zamanı 23 meksikalının saxlanılmasını ədalətsiz hesab edib.
APA xəbər verir ki, bu barədə o, gündəlik mətbuat konfransında bildirib.Prezidentin sözlərinə görə, saxlanılan şəxslərə artıq konsulluq xidməti tərəfindən yardım göstərilir.
“Bütün həmvətənlərimizin konsulluq dəstəyinə hüququ var və biz bunu təmin edəcəyik”, – Şeinbaum vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.