RU

Benksi haqda istintaq başladıldı - Kimliyi üzə çıxa bilər

London polisi britaniyalı, məşhur küçə rəssamı Benksi ilə bağlı araşdırmaya başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Məlumata görə, rəssamın Londondakı Kral Ədalət Məhkəməsinin divarında yeni əsərinin görünməsindən sonra istintaq başladılıb.

Nəşr bildirir ki, bu, dahi rəssamın kimliyinin üzə çıxması ilə nəticələnə bilər.

Həmin rəsmin çəkilməsinin obyektə zərər vermək hesab edilib-edilmədiyi müəyyən ediləcək. İş məhkəməyə gedərsə, sənətçi öz adını və soyadını ictimaiyyətə açıqlamalı ola bilər.

Artıq qraffitinin silinəcəyi bildirilib. Buna səbəb Kral Ədalət Məhkəməsinin binasının ən yüksək memarlıq və ya tarixi dəyər statusuna malik olması, buna görə də dövlət tərəfindən ən yüksək səviyyədə qorunmasıdır.

Избранный
25
50
publika.az

10Источники