RU

İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və "Made in Italy" naziri Adolfo Urso ilə videokonfrans formatında görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və İtaliya arasında dostluq və strateji tərəfdaşlıq çərçivəsində iqtisadi əlaqələrin davamlı şəkildə inkişaf etdiyi vurğulanıb.

İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu qeyd olunub, enerji sahəsindəki əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Ölkəmizdə formalaşan cəlbedici investisiya mühitinin tərəfdaşlığın genişlənməsinə stimul verdiyi diqqətə çatdırılıb.

Tərəflər iqtisadi əlaqələrin daha da gücləndirilməsi məqsədilə qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin reallaşdırılması üzrə perspektivləri müzakirə ediblər. Görüşdə enerji, sənaye, innovasiya, ticarət və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi və yeni işbirliyi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

Избранный
31
13
bizim.media

10Источники