RU

Trampın müşaviri BRİKS-i “vampirlər” adlandırdı

BAKI, 9 sentyabr. TELEQRAF

ABŞ ilə ticarət olmadan BRİKS ölkələrinin heç biri sağ qala bilməz.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın ticarət üzrə baş müşaviri Piter Navarro "Real America" telekanalına müsahibəsində deyib .

"Bu ölkələrin heç biri öz məhsullarını ABŞ-yə satmasa, ayaqda qala bilməyəcək. İxrac etdiklərini ABŞ-yə satırlar, amma ədalətsiz ticarət təcrübələri ilə vampir kimidirlər" - deyə, Navarro bildirib.

Sentyabrın 8-də Braziliya prezidenti Lula da Silvanın təşəbbüsü ilə BRİKS-in toplantısı keçirilib.

Braziliya lideri qeyd edib ki, o, görüşü ABŞ-nin BRİKS siyasətinə qarşı birgə strategiya hazırlamaq üçün çağırıb. Tramp artıq Braziliya məhsullarına 50%-ə qədər rüsum tətbiq edib vəHindistana rüsumları artırıb. Bundan əlavə, Ağ Evin rəhbəri açıq şəkildə etiraf edib ki, BRİKS-i dəstəkləyəcəkləri təqdirdə Çin də daxil olmaqla dövlətlərə qarşı digər məhdudiyyətlər də tətbiq olunacaq.

BRİKS on ölkənin birliyidir: Rusiya, Braziliya, Hindistan, Çin , Cənubi Afrika, İran , BƏƏ , Misir , Efiopiya və İndoneziya . Təşkilat 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirliklərinin rəhbərlərinin iştirakı ilə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaranıb.

Избранный
42
teleqraf.com

1Источники