1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Honqkong Express" aviaşirkətinin təyyarəsi Honkonq Beynəlxalq Hava Limanına enərkən uçuş-enmə zolağından kənara çıxaraq nişan lövhəsinə toxunub.
Oxu.Az bu barədə HK01 resursuna istinadla xəbər verir.
Hadisə sentyabrın 8-də səhər saatlarında tayfun siqnalı və leysan fırtınası xəbərdarlığı zamanı baş verib.
Təyyarənin enişi zamanı güclü tropik "Tapa" qasırğası Honkonqu cənginə almışdı. Eniş etdikdən sonra hava gəmisi ot örtüyünə çıxaraq dayanıb.
Təyyarədə sərnişinlər və ekipaj üzvləri də daxil olmaqla 137 nəfər olub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.