RU

Trampın milyarder Epsteynə ünvanlanmış məktubu dərc edilib

BAKI, 9 sentyabr. TELEQRAF

Demokratlardan olan konqresmenlər 20 il əvvəl ABŞ-ın hazırkı prezidenti Donald Tramp tərəfindən yazıldığı iddia edilən pedofil milyarder Ceffri Epsteynə ünvanlanmış məktubu dərc ediblər.

Tramp Cefri Epşteyni ad günü münasibəti ilə təbrik edb. Tramp belə bir məktubun olduğunu təkzb edib.

Tramp dəfələrlə vurğulayıb ki, onun çılpaq qadının təsvirinin əks olunduğu məktubla heç bir əlaqəsi yoxdur.

“The Wall Street Journal” iddia edib ki, təbrik məktubu Epsteinin 50 illik yubileyi üçün hazırlanmış albomun bir hissəsidir. Demokratlar tərəfindən yayımlanan Trampdan olduğu iddia edilən mesajda onun və Epstein arasında "ortaq bir şeyin olduğu" deyilir.

Qeyd edək ki, Ceffri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar onun Manhettendəki evinə 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qızın "dəvət edildiyinə dair" sübutlar aşkarlayıblar. Epşteynin dostları arasında təkcə ABŞ-dən deyil, həm də bir çox başqa ölkələrdən olan siyasətçilər, sahibkarlar və şou-biznes ulduzları olub. ABŞ-də maliyyəçinin cinayət təqibi 2019-cu il avqustun 10-da, onun həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.

Tramp ötən il seçki kampaniyası zamanı dəfələrlə "Epşteyn işi" üzrə istintaq sənədlərinin məxfiliyini ləğv ediləcəyini və ifadələrin ictimaiyyətə açıqlanacağını vəd etmişdi.

Избранный
45
28
teleqraf.com

10Источники