RU

Tupak Şakurun ölüm əmrini o verib

Reper Tupak Şakur və "Death Row Records"un qurucusu Şuq Naytın qətlini "P.Diddy" ləqəbi ilə tanınan amerikalı reper və prodüser Şon Kombs sifariş edib.

Publika.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə qatil olduğu güman edilən "Krips" cinayətkar dəstəsinin keçmiş üzvü Dueyn Devisin (Keff D) ifadəsində deyilir.

1996-cı ilin sentyabrında iki Kaliforniyalı dəstənin üzvləri arasında Las-Veqasda keçirilən boks matçından sonra Şakur rəqibi Orlando Andersona yumruq vurub. Anderson polisə getməyib, baş verənləri əmisi Dueyn Devisə danışıb. Devis bacısı oğlunun qisas almasına kömək etmək istəyib.

Polis hesabatında Devisin gizli müsahibəsi də yer alıb. Burada müttəhimin Şakur və Naytı hədəf almaq üçün qisas almaqdan başqa bir motivinin olduğu üzə çıxıb. Belə ki, Şon Kombs onların öldürülməsinə görə 1 milyon dollar mükafat təklif edib.

Nəşr qeyd edir ki, Kombsın Şakurun ölümündə iştirakı ilə bağlı daha iki ittiham prodüserə qarşı silsilə mülki iddialar çərçivəsində qaldırılan sənədlərdə üzə çıxıb.

Şakur 1996-cı ildə avtomobillə gedərkən güllələnərək öldürülüb.

Избранный
30
3
publika.az

5Источники