RU

İcra Hakimiyyətlərinin ləğvi yaxın zamanda baş tuta bilər? — AÇIQLAMA

Son vaxtlar Bakıda kirayə mənzillərin qiymətlərində bahalaşma müşahidə olunur. Bəs bunun iqtisadi səbəbi nələrdir?

Mövzu ilə bağlı Metbuat.Az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, kirayə qiymətlərinin artmasının əsas səbəbi birbaşa tələbin kəskin şəkildə yüksəlməsidir:

“Burada bir neçə faktor mövcuddur, lakin bütün amillər arasında ən önəmlisi məhz tələbin artmasıdır. Çünki paytaxtın həddindən artıq yüklənməsi və yeni dərs mövsümünün başlanması kirayə mənzil bazarında aktivliyi hədsiz dərəcədə artırmışdır. Düşünürəm ki, qarşıdakı dönəmlərdə də bu tendensiya davam edəcəkdir. Yəni, biz gözləməməliyik ki, kirayə mənzil bazarında yaxın vaxtlarda eniş olacaq. O zaman eniş müşahidə edilə bilər ki, artıq regionlardan paytaxta olan axın əks istiqamətdə getsin. Belə halda kirayə mənzil bazarında stabilləşmə və yaxud da eniş prosesini görə bilərik”.

 

Ülkər Cəlilzadə

Избранный
17
hurriyyet.az

1Источники