RU

VIP və ümumi biletlər arasında hansı fərqlər var? -

Xəbər verilidiyi kimi, 19-21 sentyabrda şəhərimizdə “Formula 1” yarışı keçiriləcək. Tədbir öncəsi hər kəsi maraqlandıran əsas suallardan biri VIP və ümumi biletlər arasındakı fərqlərlə bağlıdır.Turizm eksperti Rəhman Quliyev Metbuat.az-a açıqlamasında bildirib ki, “Formula 1” yarışları zamanı VIP və ümumi (adi) biletlər arasında əsas fərqlər xidmət səviyyəsi, yerləşmə zonası və əlavə imkanlarla bağlıdır:
“VIP bilet tamaşaçılara yüksək komfort və eksklüziv imkanlar təqdim edir. Belə ki, premium oturma zonaları “paddock”, “pit area”, “start / finish” düzüyünə yaxın lojalarda ayrılır, qapalı məkanlarda oturma və istirahət şəraiti yaradılır. Limitsiz qida və içki, çox vaxt beynəlxalq mətbəx menyusu və spirtli içkilər təqdim olunur. Kondisionerli məkanlarda xüsusi müşahidə terrasları mövcuddur. Həmçinin “Paddock Club” və ya hospitality zonalara giriş imkanı verilir. Tamaşaçılar sürpriz hədiyyələr və suvenirlər əldə edə bilir, bəzi hallarda isə pilotlarla tanışlıq və paddock turlar təşkil olunur. Bundan əlavə, ayrı giriş-çıxış qapıları və VIP parkinq xidmətləri də mövcuddur”.Ekspertin sözlərinə görə, ümumi bilet isə tamaşaçılara yarış atmosferini daha əlçatan şərtlərlə izləmək imkanı yaradır:“Bu biletlə tribunada seçilmiş sektorlar üzrə oturacaq təmin edilir. Qida və içkilər ödənişli şəkildə təklif olunur, giriş və çıxışda isə daha uzun növbələr ola bilər. Əlavə xidmətlər minimum səviyyədədir, əsas məqsəd tamaşaçıların yarışı izləməsidir. Bununla yanaşı, bilet sahibləri bəzi hallarda əlavə şou və əyləncə zonalarına giriş imkanı da əldə edirlər”.Ülkər Cəlilzadə / Metbuat.az


Избранный
60
metbuat.az

1Источники