ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Meksikanın paytaxtı Mexikoda qatarla ikimərtəbəli avtobusun toqquşması nəticəsində azı 9 nəfər ölüb, 41 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə "La Jornada" nəşri məlumat yayıb.
Məlumata görə, federal magistralda baş verib. Avtobusda 50 sərnişin olub.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan azı 10-u ağır xəsarətlər alıb.
Hadisə yerində fövqəladə yardım xidmətinin əməkdaşları işləyirlər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.