ABŞ prezidenti Donald Tramp dünyada yalnız iki cinsin mövcud olduğunu deyib.
AzPost bildirir ki, prezidentin bəyanatı Vaşinqtondakı Müqəddəs Kitab Muzeyində Fox News tərəfindən canlı yayımlanıb.
“Yalnız iki cins var – kişi və qadın”, – Ağ Evin rəhbəri bildirib.
2025-ci ilin əvvəlində Tramp ABŞ-da yalnız iki cinsin mövcudluğunu tanıyan bir fərman verib.