“Real” klubunun baş məşqçisi Xabi Alonso İspaniya La Liqasında avqust ayının ən yaxşı məşqçisi adına layiq görülüb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “kral klubu” yeni mövsümün ilk üç turunda maksimum nəticə göstərərək 9 xal toplayıb. Birinci turda madridlilər evdə “Osasuna”ya 1:0 hesabı ilə qalib gəlib. İkinci turda səfərdə “Real Oviedo” üzərində 3:0 hesablı qələbə qazanıblar. Üçüncü turda isə “Santyaqo Bernabeu”da “Malyorka”nı 2:1 hesabı ilə məğlub ediblər.
Hazırda turnir cədvəlinə 9 xalla “Real” və “Atletik” (Bilbao) başçılıq edir. La Liqanın dördüncü turunda “Real” səfərdə “Anoeta” stadionunda “Real Sosyedad”la qarşılaşacaq.