RU

Moldovada seçki ərəfəsi: Dodonun bloku Sandunun partiyasını geridə qoydu

iData sorğusunun nəticələrinə görə, sabiq prezident İqor Dodonun rəhbərlik etdiyi Vətənpərvər Blok seçicilərin 25,2% dəstəyinə malikdir. Hakimiyyət partiyası – prezident Maya Sandunun rəhbərlik etdiyi Fəaliyyət və Həmrəylik Partiyası (PAS) isə 24,3% səs toplayır. Fərq minimaldır və statistik xəta həddində qalır.

Musavat.com xəbər verir ki, qərarını verən seçicilər arasında dəstək nisbəti belədir: Dodon bloku – 36%, PAS – 34,7%. Sorğuya görə, parlamentə həmçinin Usatının “Bizim Partiya”sı (5,9%) və “Alternativa” bloku (5,5%) də düşür.

Ekspertlər qeyd edirlər ki, sorğuda nəzərə alınmayan diaspor səsverməsi PAS-a əlavə 7 mandat qazandıra bilər.

Musavat.com

Избранный
44
4
musavat.com

10Источники