RU

Cüdoçuların Şimal bölgəsi üzrə region birincilikləri keçiriləcək

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sentyabrın 12–13-də U-14 və U-17 yeniyetmələr arasında Şimal bölgəsi üzrə region birincilikləri təşkil olunacaq.

İdman.biz bildirir ki, turnirlərdə Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən cüdoçuları mübarizə aparacaq.

Yarışların keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir. Həmçinin, U-17 üzrə birinciliklər milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Yarışlar Xaçmaz Olimpiya İdman Kompleksində baş tutacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
78
1
icma.az

2Источники