RU

Neft sektorundan vergi gəlirləri proqnozu 247,8 milyon manat üstələyib

BAKI, 8 sentyabr. TELEQRAF

Neftin qiymətinin proqnozdan yüksək olması nəticəsində dövlət büdcəsinin bu sektordan vergi gəlirləri 2 milyard 286,1 milyon manat təşkil edib. Bu da proqnozdan 247,8 milyon manat yüksəkdir.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata Xülasə"də qeyd olunub.

Bildirilib ki, neftin qiymətinin, eləcə də hasilatını əvvəlki illə müqayisədə azalması neft-qaz sektoru üzrə vergi gəlirlərini illik ifadədə 121,1 milyon manat azalmasına səbəb olub.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə Dövlət Neft Fondundan transfert 850 milyon manat yüksələrək, neft-qaz gəlirlərində 728,8 milyon manat artıma səbəb olub. Bu dinamika Hesablama Palatası tərəfindən dövlət büdcəsində fondun transfertlərindən fiskal asılılığın artması kimi qiymətləndirilib.

Избранный
68
teleqraf.com

1Источники