RU

"Fənərbağça"nın yeni baş məşqçisi məlum oldu

"Fənərbağça"nın yeni baş məşqçisi məlum olub.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər"i artıq Domeniko Tedesko çalışdıracaq.
Bu barədə "DHA" xəbər agentliyi məlumat yayıb.
İsmail Kartalın yenidən İstanbul klubunda dönəcəyi gözlənilsə də, bu, baş tutmayıb. Prezident Ali Koçun seçimi əcnəbi baş məşqçidən yana olub.
D. Tedesko son olaraq Belçika yığmasını çalışdırıb. O, bu ilin yanvarından bəri işsiz idi.
Almaniyalı mütəxəssis daha əvvəl "Şalke", "Leyptsiq" və "Spartak"ın da başında olub.
Избранный
14
1
sherg.az

2Источники