RU

Avropa Şurasının rəhbərindən Rusiya ilə bağlı çağırış

ain.az, Ayna saytına istinadən bildirir.

Antonio Kosta Rusiyadan neft alan ölkələrə qarşı sanksiyaların sərtləşdirilməsinə çağırış edib

Avropa Şurasının rəhbəri Antonio Kosta Finlandiyada keçirdiyi mətbuat konfransında Rusiyadan neft alan ölkələrə qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bizə “kölgə donanması” ilə mübarizə aparmaq, neft və qaz satmaqla Rusiyanın hərbi əməliyyatlar aparmaq imkanlarını azaltmaq və bunun üçün təkcə Rusiyaya qarşı sanksiyaları deyil, ondan neft və qaz alan ölkələrə də ikinci dərəcəli sanksiyaları gücləndirməliyik”, - Avropa Şurasının rəhbəri qeyd edib.

Siyasətçi əlavə edib ki, belə bir tədbir Ukrayna üzrə danışıqlar prosesinin bir hissəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
57
ayna.az

1Источники