RU

Azərbaycan və Vyetnam arasında turizm sahəsində əməkdaşlıq müzakirə olunub

BAKI, 8 sentyabr. TELEQRAF

Bu gün Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmit və Azərbaycanın Vyetnamdakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadənin iştirakı ilə keçirilən tədbirdə turizm sahəsi üzrə təcrübə mübadiləsi və ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib.

Dövlət Turizm Agentliyindən Teleqraf-a verilən məlumata görə, Azərbaycan Turizm Bürosunun nümayəndə heyətinin Vyetnamın Hanoy şəhərinə təşkil olunan işgüzar səfəri çərçivəsində ATB və Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən Hanoy Ticarət və Turizm Kolleci ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın turizm potensialı və turizm imkanlarının təqdim edildiyi tədbir baş tutub.

Tədbirdə Vyetnam Sosialist Respublikasındakı diplomatik nümayəndəliklərin təmsilçiləri, turizm sənayesi nümayəndələri, turizm agentlikləri və tələbələr iştirak ediblər.

Səfər çərçivəsində Vyetnam Milli Turizm Administrasiyası və "VietJet Air" aviaşirkətinin rəhbər heyəti ilə görüşlər keçirilərək, turizm üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, 4-6 sentyabr tarixlərində Azərbaycan Turizm Bürosu (ATB) tərəfdaşlarla birgə Vyetnamda Ho Şi Min şəhərində keçirilən 19-cu Beynəlxalq Turizm Sərgisində (ITE HCMC) ölkənin turizm imkanlarını nümayiş etdirib.

Избранный
21
4
teleqraf.com

5Источники