RU

Azərbaycan və Çin arasında sərmayə və istehsal əməkdaşlığı imkanları dəyərləndirilib

Bakı. Trend:

Azərbaycan və Çin arasında qarşılıqlı sərmayələrin təşviqi,istehsalın lokallaşdırılması imkanları və yeni tərəfdaşlıqlarınqurulması müzakirə olunub.

Bu barədə Trend İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə– AZPROMO-ya istinadən xəbər verir.

Belə ki, Çinin Fuciən əyalətinin Siamen şəhərində keçirilən25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (“CIFIT 2025”)çərçivəsində Azərbaycan və Çinin iqtisadiyyat və ticarətnazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların TəşviqiAgentliyi – AZPROMO, Azərbaycanın Çindəki ticarət nümayəndəsiAparatının birgə təşkilatçılığı ilə Çin-Azərbaycan İkitərəfliİnvestisiya Təşviqi tədbiri keçirilib. Tədbirə hər iki tərəfdənrəsmi şəxslərlə yanaşı, sənaye, energetika, nəqliyyat-logistika,kənd təsərrüfatı, İKT və digər sahələrdə fəaliyyət göstərən 100-dəksahibkar qatılıb.

Tədbirin açılış mərasimində çıxış edən Baş nazirin müavini ŞahinMustafayev bildirib ki, Azərbaycan-Çin münasibətləri yeni mərhələyəqədəm qoyub və ölkələrimiz arasında hərtərəfli stratejitərəfdaşlığın qurulması ticarət və investisiya əməkdaşlığına güclütəkan verib. O, bu müsbət tendensiyanın davamlılığını ölkələrimizin“Bir kəmər, bir yol” təşəbbüsündə fəal və birgə iştirakı iləəlaqələndirib.

Çinin ticarət nazirinin müavini Lin Ci ölkəsinin Azərbaycanlaiqtisadi əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, Çinşirkətlərinin Azərbaycanla ticarət, logistika, sənaye, və “yaşıl”enerji sahələrində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O,həmçinin ölkələrimizin ikitərəfli ticarət və investisiyaəlaqələrində son illər artan göstəricilər haqqında danışıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ÇininAzərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeydedərək, investisiya əlaqələrinin praktiki müstəvidə inkişafetdiyini vurğulayıb. Sənaye istehsalı, bərpa olunan enerji, kəndtəsərrüfatı və İKT sahələrində birgə təşəbbüslərin uğurlu icrası,qarşıdakı dövrdə istehsalın lokallaşdırılması və texnologiyatransferinə xidmət edəcək ortaq layihələr haqqında məlumatverilib.

Energetika nazirinin müavini Elnur Soltanov isə ölkəmizin günəşvə külək enerjisi potensialı ilə Çinin qabaqcıl texnologiyalarınınsintezi birgə layihələrin uğurla həyata keçirilməsinə şəraityaratdığını və gələcəkdə enerji keçidi üzrə tərəfdaşlığımızın dahada genişlənəcəyini bildirib.

Tədbirdə həmçinin AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev,Dövlət Neft Fondunun icraçı direktorunun müavini Bəhruz Bəhramov,Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətininsədrinin müavini İsmayıl Manafov, Çinin İnvestisiyaların TəşviqiAgentliyinin direktoru Liu Mincyan və Çin İnvestisiyaKorporasiyasının Birbaşa investisiyalar departamentinin direktoruJanq Şuo hər iki ölkənin investisiya iqlimi, qarşılıqlı faydalıinvestisiya təşəbbüslərinin reallaşdırılması və ticarətin təşviqibarədə çıxışlar edib, təqdimatlar keçiriblər.

Bununla yanaşı, tədbir çərçivəsində keçirilən panel sessiyadaAzərbaycan İnvestisiya Holdinqi, İqtisadi Zonaların İnkişafıAgentliyi, Çinin Horqos İqtisadi İnkişaf Zonası və hər iki ölkəninsənaye və İKT kimi sahələrində fəaliyyət göstərən şirkətnümayəndələri ikitərəfli işgüzar təmasların gücləndirilməsinə dairfikirlərini bölüşüb, təkliflərini irəli sürüblər. Tədbir B2Bgörüşlərlə davam edib.

Избранный
21
6
az.trend.az

10Источники