RU

Ayxan Abbasov hardan haraya və ya reallaşacaq ilk

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Şamaxı” klubunun və Azərbaycanın U-21 yığmasının baş məşqçisi Ayxan Abbasov karyerasında daha bir ilk yaşayacaq.

İdman.biz xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə qarşılaşmada əsas millini baş məşqçi kimi meydana çıxaracaq.

Bu post 44 yaşlı mütəxəssisə ilkin olaraq 1 oyunluq həvalə edilib. Abbasov sabah Ukrayna ilə görüşdə İslandiyaya 0:5 hesablı biabırçı məğlubiyyəti unutdurmağa çalışacaq.

Müvəqqəti baş məşqçinin karyerasına nəzər yetirsək, həm futbolçu, həm də məşqçi kimi böyük yol keçib. Ayxan Abbasov futbola 7 yaşında Buzovna qəsəbəsində idman məktəbində başlayıb. İlk məşqçisi Böyükağa Abbasov olub. Azərbaycanın aşağı yaş (U-17 və U-19) və gənclər yığmalarında oynayıb.

Böyük futbola Buzovna "Xəzri"si ilə gəlib. 1997/98 mövsümündə U-18 komandasında əsas liqada çıxış edib. Sonra 6 ilini "Şəfa" klubunda keçirib, 2002-ci ildə MOİK-də icarədə olub.

2004-2005-ci illərdə "Turan"da, 2006-2007-ci illərdə "İnter"də oynayıb. Növbəti mövsümə “MKT-Araz”da başlayıb. İmişli təmsilçisinin UEFA Kubokunda uğursuzluğundan sonra klub prezidenti komandanı buraxıb, Abbasov "Qarabağ"a keçib. Ağdam klubunda 4 il çıxış edən futbolçu 2011/12 mövsümündə "Turan"a qayıdıb və burada karyerasını başa vurub.

O, futbolçu kimi 2 dəfə Azərbaycan kubokunun qalibi (2001-ci ildə “Şəfa”, 2009-cu ildə “Qarabağ”la-red) olub.

Abbasov məşqçiliyə “Zirə”də başlayıb. 2015/2016 mövsümündə burada köməkçi kimi çalışan gənc mütəxəssis növbəti 2 ildə komandanın baş məşqçisi olub. O, 2018-2021-ci illərdə “Sumqayıt”ın, 2022-2024-cü illərdə “Turan Tovuz”un “sükanı arxası”nda olub.

Abbasov 2024-cü ildən “Şamaxı”nın baş məşqçisidir və bu mövsümün sonunadək anlaşması var. Eyni zamanda, bu il martın 14-də Azərbaycan U-21 millisinin baş məşqçisi təyin edilib. AFFA onunla 2 illik razılıq əldə edib.

Qeyd edək ki, o, bu postda Fernandu Santuşu əvəzləyəcək. Bu gün portuqaliyalı mütəxəssis AFFA rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında istefaya göndərilib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
84
3
icma.az

10Источники